PKK-nın siyasi qolu və ələvilər 1 mayı Əsədə dəstək mitinqinə çevirdilər - Türkiyədə (Foto)

2-05-2015, 08:22           
PKK-nın siyasi qolu və ələvilər 1 mayı Əsədə dəstək mitinqinə çevirdilər - Türkiyədə (Foto)
Türkiyənin Hatay vilayətində 1 may münasibətilə keçirilən yürüşdə, Suriya bayraqları və Bəşər Əsədin portretləri qaldırılıb.

Avropa.info xəbər verir ki, PKK-nın siyasi qolu HDP və solçu baxışları ilə tanınan ələvi təşkilatlarının birgə təşkil etdikləri yürüşdə, Əsəd lehinə şuarlar səsləndirilib. Bundan başqa yürüşə homoseksulların da qatılması diqqəti cəlb edib.

Polis nəzarət nöqtəsində baxışdan keçmək istəməyən bəzi qrup üzvləri ilə polis arasında qısa müddətli qalmaqallar baş verib. Aksiya dinc şəkildə başa çatıb.












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.