Aytac Babayevanın qətli Türkiyədə də qəzəb və kədərlə qarşılanıb.
Axar.az xəbər verir ki, gənc qızın onu sevən oğlan – İzzət Hüseynov tərəfindən amansızcasına öldürülməsinə sosial mediada ciddi etirazlar bildirilib. Bir çox Tvitter istifadəçisi bu hadisə ilə əlaqədar bir neçə ay əvvəl Türkiyədə qətlə yetirilən Özgəcan Aslanı xatırlayıb. Feysbukda Aytacın xatirəsinə həsr olunmuş “Aytaç Babayeva ölümsüzdür” səhifəsi türkdilli istifadəçi tərəfindən idarə olunur, şərh yazanların çoxu də türkcə yazır.
İstifadəçilərinin sayı sürətlə artan səhifəni, bir neçə saat ərzində 1000-dən çox adam bəyənib. Tvitterdə #aytacbabayeva həştəqini 3000-ə yaxın adam istifadə edib.
Xatırladaq ki, A.Babayeva səkkiz bıçaq zərbəsindən qətlə yetirilib.