Əhməd Davudoğlunun nurçu olduğuna dair iddialar güclənir - FOTOFAKT

4-05-2015, 15:16           
Əhməd Davudoğlunun nurçu olduğuna dair iddialar güclənir - FOTOFAKT
Türkiyənin baş naziri Əhməd Davudoğlunun nurçu lider Fəthullah Gülənlə əlaqələrinin olduğuna dair iddialar güclənir.

SalamNews-un “Sözcü”yə istinadla verdiyi xəbərə görə, F.Gülənlə görüşən baş nazir Davudoğlunun nurçu camaatı ilə əlaqəsinin tarixinin daha əvvələ getdiyi aşkar edilib.

Hakim Ədalət və İnkişaf Partiyasından (AKP) istefa verən və F.Gülənə yaxınlığı ilə tanınan müstəqil millət vəkili Məhəmməd Çətin “Twitter” hesabında paylaşdığı şəkildə Ə.Davudoğlu nurçuların “İşıq evləri”ndə söhbət edərkən əks olunub. Şəklin altında "Əhməd Davudoğlu Kiprdə "İşıq Evlər"də söhbət edərkən” yazısı əlavə edilib.

Fotoşəklin 1999-cu il mayın 26-da çəkildiyi bildirilir.

Qeyd edək ki, Türkiyə hökumət başçısının bu fotoşəkillərlə əlaqədar açıqlama verəcəyi gözlənilir.












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.