“Soyqırım görmək istəyənlər Xocalıya baxsınlar” - Ərzurum bələdiyyə başqanı
4-05-2015, 17:52
Türkiyədə səfərdə olan bir qrup azərbaycanlı jurnalist Ərzurum Böyükşəhər Bələdiyyə başqanı Mehmet Sekmənlə görüşüb.
APA-nın Türkiyəyə ezam olunmuş müxbirinin məlumatına görə, M. Sekmən gələn həftə Ərzurum və Gəncə bələdiyyələri arasında qardaşlıq protokolunun imzalanacağını deyib.
M. Sekmən bildirib ki, yaxın vaxtlarda Ərzurumda Xocalı faciəsi qurbanlarının xatirəsinə abidə ucaldılacaq, eyni zamanda Heydər Əliyevin adını daşıyan park salınacaq: “Dostluqlar belə inkişaf edir. Dağlıq Qarabağ münaqişəsi nəticəsində Azərbaycanın 20 faiz torpağı işğal olunub. Biz bu işğalı pisləyirik. Ermənilər bu il “erməni soyqırımı”nın 100 illiyini qeyd edirlər. Əslində onlar bizə zülm ediblər, amma özlərinin soyqırımına məruz qaldıqlarını dünyaya car çəkirlər. Halbuki Qarabağı işğal edib, Xocalıda soyqırım törədiblər. Təəssüf ki, dünya bu məsələyə səssiz qalır. Soyqırımı görmək istəyənlər Xocalıya baxsınlar”.
Ərzurum bələdiyyə başqanı qeyd edib ki, gələcəkdə Ərzurum-Bakı aviareysinin açılması barədə məsələ qaldıracaqlar: “Gediş-gəlişimizdə problem olmamalıdır. Biz bu, rahatlığı təmin etməliyik. Beş-altı ay əvvəl Bakıda idim. İyunda Bakıda I Avropa Oyunları keçiriləcək. İdman yarışları bir şəhəri dünyaya tanıdır. 2011-ci ildə Ərzurumda universitetlərarası qış olimpiadası keçirildi. 50-dən çox ölkənin universitetlərindən idmançılar olimpiadada öz güclərini sınadılar. Bu olimpiadaya 400 milyon dollar vəsait qoyuldu. Ərzurumda olan idman arenaları bu gün Türkiyənin heç bir yerində yoxdur. Hazırda Bakıda yolların asfalt döşəməsir, idman infrastrukturu yenilənir. Bunlar hamısı şəhərə müsbət mənada öz təsirini göstərir. I Avropa Oyunları Bakını, hətta Azərbaycanı tanımayanlar üçün böyük fürsət olacaq”.
Qeyd edək ki, 4-8 may tarixlərində Ərzurum, Qars və İğdır şəhərlərinə təşkil olunan səfər Türkiyənin Azərbaycandakı səfirliyinin mətbuat müşavirliyi, Mətbuat Şurası, TİKA, KİVDF, TRT və “Anadolu” agentliyinin Bakı nümayəndəliklərinin ortaq layihəsi olan Türkiyə-Azərbaycan Media Əməkdaşlıq Layihəsi (TAMEP) çərçivəsində həyata keçirilir. Səfərin məqsədi 1915-ci il hadisələrinin izlərini daşıyan bölgələrdə erməni zülmü ilə bağlı yazılar hazırlamaqdır. Səfər zamanı eyni zamanda regiondakı media təmsilçiləri ilə görüş də nəzərdə tutulub.