Türkiyədə məşhurlaşan itə mikroçip taxıldı: Bir gündə 29 dayanacaq qət edib - VİDEO

3-10-2021, 09:15           
Türkiyədə məşhurlaşan itə mikroçip taxıldı: Bir gündə 29 dayanacaq qət edib - VİDEO
Türkiyənin İstanbul şəhərində bir çox ictimai nəqliyyat vasitələrində dolaşmaqla məşhurlaşan itə mikroçip taxılıb.

Boji adlanan it xüsusi tətbiq vasitəsilə addım-addım izlənilir. İzləmə sistemi ilə Bojinin bir gündə 29 dayanacaq qət etdiyi məlum olub. Eyni zamanda o, ictimai nəqliyyat vasitəsi ilə gündə azı 30 kilometr yol qət edib.

Boji bütün səyahət qaydalarını bilir; enən sərnişinlərə yol verir, gözləyir, qatara sakitcə girir və özünə yer tapır. O, sərnişinlər tərəfindən də çox sevilir.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru