Türkiyədə bir neçə dəfə zəlzələ olub

3-10-2021, 23:18           
Türkiyədə bir neçə dəfə zəlzələ olub
Türkiyədə bir neçə dəfə zəlzələ qeydə alınıb. Bu barədə “Report” “Haber Global”a istinadən xəbər verir. Qeyd edilir ki, yeraltı təkanlar Burdur bölgəsində qeydə alınıb.

Bucak rayonunda birinci 4,2 maqnitudada baş verib. Ərazidə bundan sonra daha 18 yeraltı təkan olub. Yerli vaxtla saat 18:05-də rayonun Kestel kəndində 3 maqnitudada daha bir zəlzələ baş verib. Zəlzələ ocağı 7,2 km dərinlikdə yerləşib.

Dağıntı və ya tələfat qeydə alınmayıb.












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.