Türkiyədə iki min yaşı olan 400 məzar tapılıb

5-10-2021, 09:19           
Türkiyədə iki min yaşı olan 400 məzar tapılıb
Türkiyənin qədim Bloundus şəhərində, arxeoloqlar təxminən 1800 yaşı olan 400 qayaüstü məzar tapıblar. Qazıntı rəhbəri, professor Birol Canın sözlərinə görə, türbələr eramızdan əvvəl II əsrdən sonra istifadə edilmişdir: “...deyə bilərik ki, onlar ailə dəfnləri üçün nəzərdə tutulmuş məzarlardır”.

Araşdırmaçılar, qədim şəhərdə çoxlu sayda başqa yeraltı məzarların olduğunu da istisn etmirlər.

Tapılan məzarlardan bəhs edən Can, qaya məzarlarının içərisində müxtəlif tipli otaqların olduğuna da diqqət çəkib: “Göründüyü kimi, hər bir kriptonun divarları önündə, qaya içərisində tağlı lahitlər oyulmuşdur. Bundan əlavə, məzarların içərisində cənazə mərasimləri üçün istifadə edildiyini düşündüyümüz yerləri də tapdıq. Onlara giriş dəfn və ya mərasimlər zamanı açılan mərmər qapı ilə bağlanırmış”-deyən mütəxəssis, hazırda turistlərin gələcəkdə bütün nekropolu ziyarət edə bilməsi üçün məzarları qorumağın vacibliyini bildirib. O bunun üçün mümkün olan hər şeyi etməyə çalışacaqlarını da bildirib.












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.