Ştaynmayer Türkiyəni Almaniyanın strateji həmkarı adlandırıb

6-10-2021, 11:13           
Ştaynmayer Türkiyəni Almaniyanın strateji həmkarı adlandırıb
Almaniyanın Prezidenti Frank-Valter Ştaynmayer Türkiyəni Almaniyanın strateji həmkarı adlandırıb.

Bu barədə oktyabrın 5-də «Hurriyet Daily News» qəzeti xəbər verib.

Frank-Valter Ştaynmayer bu barədə qəzetə müsahibəsində deyib. O bəyan edib: «Türkiyə ilə bizim aramızdakı unikal əlaqə təkcə bizim insani əlaqələrimizlə müəyyən olunmur. Türkiyə Almaniyanın mühüm strateji həmkarıdır - onun ölçüləri, coğrafi vəziyyəti və siyasi çəkisi baxımından…»

Türkiyənin Avropa İttifaqına daxil olmasından danışarkən, Almaniya Prezidenti qeyd edib: «Bu yol mümkündür ki, bir qədər çətin və mürəkkəb olsun, necə ki, biz arzu edirik. Son illər biz Türkiyədəki bir çox hadisələrdən narahat oluruq. Amma bircə şeyi demək olar: biz heç vaxt Türkiyədəki situasiyaya biganə qala bilmərik».

AzPolitika.info












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru