Tramp Ərdoğanla necə zarafat edib? – DETALLAR

6-10-2021, 12:33           
Tramp Ərdoğanla necə zarafat edib? – DETALLAR
ABŞ-ın keçmiş prezidenti Donald Tramp dünya liderləri ilə görüşlərdə gündəmdən daha çox mücərrəd mövzularla maraqlanıb. Keçmiş mətbuat katibi Stefani Qrişam kitabında bu barədə danışıb.

Bizim.Media xəbər verir ki, “Daily Mail” nəşri kitabdan sitat gətirib.

O, bunun digər məsələlərlə yanaşı, Türkiyə-Amerika zirvəsində də baş verdiyini açıqlayıb.

"İzvestiya" qəzeti yazır ki, tədbir zamanı Tramp Stefanidən dünya liderlərindən - Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan və Çin lideri Si Szinpinin hansının daha sərt olduğunu soruşub.

Qrişam ABŞ-ın keçmiş prezidentinin sualına cavab verə bilmədiyini etiraf edib.
"Bilmirəm, cənab, o, çox möhtəşəm görünür" deyə Türkiyə prezidentinə işarə etdim”, Trampın keçmiş sözçüsü yazıb.

Eyni zamanda, zirvə zamanı Tramp Qrişamın da qeyd etdiyi kimi, gözlənilmədən 1978-ci ildə çəkilən "Gecə yarısı ekspres" filmi haqqında danışmağa başlayıb. Film İstanbulda narkotik qaçaqmalçılığı cəhdində uğursuz olan və Türkiyə həbsxanasına düşən bir amerikalıdan bəhs edir.

"Bilmirəm, Tramp Ərdoğanı öz oyununa çəkməyə çalışırdı, yoxsa film təsadüfən ağlına gəlirdi. Bir anda Ağ Evin sahibi belə sual verib:

“Gecə yarısı ekspres” filmini izləyən varmı? Sizin üçün solğun filmdir", deyə Qrişam xatırlayıb.

Tədbirdən sonra Tramp sözçüsünə onunla razılaşdığını və Szinpinin daha sərt olduğunu söyləyib. ABŞ-ın keçmiş prezidenti "onu əməli işdə gördüyünü (Çin liderini nəzərdə tutur), soyuqqanlı bir qatil olduğunu" deyib.












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.