COVID suda da aşkarlandı - 81 rayonda...

7-10-2021, 00:07           
COVID suda da aşkarlandı -
COVID-19 virusunun mutasiyaları suda aşkarlanmağa başlayıb.

Teleqraf.com xəbər verir ki, türkiyəli mütəxəsislər suda tədqiqatlar aparan zaman COVID-19-un mutasiyalarını aşkarlayıblar.

Məlumata görə, 81 rayonun suyundan analizlər götürülüb. Aprel ayında İstanbul, Ankara, İzmir, Antaliya, Konya, Adana, Şanlıurfa, Əzurum ve Samsundan götürülən analizlərdə suyun 40 faizində Britaniya ştammı, 60 faizində isə COVID-19 virusu qeydə alınıb.

Layihə üzərində işləyən professor Əhməd Mete Saatçı bildirib ki, çirkab sularda analizlər aparmaq asandır: “Bununla virusun artıb və ya azalacağını tədqiq edə bilirik. Beləliklə, ölkədə virusun yayılması üzrə xəritələri aşkarlayacağıq”.

Professor qeyd edib ki, suda tədqiq edilən virus adətən canlı olmur: “Çirkab suların palçıqlı hissəsində təmiz su var. Palçıqda ilk canlı virusu İstanbuldan götürdüyümüz analizlərdə aşkarladıq. Virusun canlı aşkarlanması 15 gün vaxtımızı alır. Bizə də maraqlıdır ki, virus bu qədər müddətdə necə yaşaya bilir. Əksər hallarda virusu parçalanmış halda tapırıq”.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru