ABŞ-da yaşayan Türkiyənin tanınmış dini lideri Fəthullah Gülən dünən Pensilvaniya ştatında məskunlaşdığı malikanədə bir saatdan çox liftdə qalıb.
Vertikal.az Modern.az-a istinadən xəbər verir ki, Fəthullah Gülənin malikanəsinə iki özəl lift quraşdırılıb və dini lider ilk olaraq həmin liftlərin birindən istifadə etdiyi zaman bir saatdan artıq bağlı liftdə gözləməli olub.
Maraqlıdır ki, iki adamla liftdə qalan Fəthullah Gülən çox həyəcanlanıb və texniki xidmətə liftdən qışqıraraq “buradan niyə çıxa bilmirik, lift niyə birdən-birə durdu, yoxsa, siz mənə sui-qəsd etdiniz”, - deyərək hirsini gizlədə bilməyib. Dini liderin köməkçilərinin dediyinə görə, o, hətta qısa müddətdə şok da keçirib. Amma texniki səbəbdən xarab olan lift sonradan hərəkət edib.
Qəribədir ki, bunu Gülənin ətrafı da sui-qəsd cəhdi kimi anlayıb.