İnşaat çökdü: İşçilər dağıntılar altında qaldı

6-05-2015, 14:49           
İnşaat çökdü: İşçilər dağıntılar altında qaldı
ürkiyənin Kahramanmaraş şəhərində inşaat çöküb. ANS PRESS-in məlumatına görə, hadisə Şazibey məhəlləsində meydana gəlib.

İnşaatda beton tökülərkən qəlib dəmirlər ağırlığa tab gətirməyərək çöküb. İşçilərin dağıntılar altında qaldığı bildirilir.

Dağıntılar altında qalan beş nəfər çıxarılaraq xəstəxanaya göndərilib. Üç işçinin isə hələ də dağıntılar altında qaldığı ehtimal edilir.

Hazırda onların xilas edilməsi istiqamətində işlər aparılır.

Qeyd edək ki, Kahramanmaraş əhalinin sayına görə Türkiyənin 18-ci şəhəridir.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru