Yenə ər xanımının qanını tökdü

6-05-2015, 22:38           
Yenə ər xanımının qanını tökdü
Türkiyənin Yalova şəhərində qadın ayrıldığı həyat yoldaşı tərəfindən yolun ortasında öldürülüb.

ANS PRESS-in məlumatına görə, 31 yaşlı Seda Camgöz uzun müddətdir boşandığı əri Bülent Diler tərəfindən təqib edilirmiş. Qadını telefonla zəngləri ilə narahat edən keçmiş ər, sonunda onu tuta bilib.

Seda Camgöz səhər saatlarında yürüşə çıxarkən yolunu kəsib. Qəzəbli kişi özü ilə gətirdiyi bıçaqla qadına çoxsayda zərbələr endirib. Qadının köməyinə yaxınlıqdakı dükanın sahibi yetişib.

İki uşaq anası təcili tibbi yardımla xəstəxanaya aparılsa da, artıq gec olub. Gənc qadın qanaxmadan dünyasını dəyişib.

Bu arada cinayətkar avtomobilinə minərək aradan çıxmaq istəyib. Polislərin cəldliyi nəticəsində saxlanılır.

Seda Camgözün cəsədi müayinə edilərkən, vücudunda 20 bıçaq yarası olduğu ortaya çıxıb












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru