Türkiyədə prokuror casusluq ittihamı ilə həbs ediıdi

7-05-2015, 02:55           
Türkiyədə prokuror casusluq ittihamı ilə həbs ediıdi
Türkiyənin Adana və Hatay şəhərlərində Milli Kəşfiyyat Təşkilatına (MİT) yük maşınlarının saxlanmasının istintaqı çərçivəsində barəsində həbs qərarı çıxarılan prokuror Özcan Şişman həbs edilib.

Adananın Seyhan qəsəbəsində tutulan prokuror Adana məhkəmə-tibb ekspertizasına aparılıb.

Özcan Şişman jurnalistlərə açıqlamasında bildirib ki, həbsi qanunsuzdur: "Casusluq etdiyim iddia olunur. Hansı dövlətə, hansı casusluğu etmişəm. Bunu izah eləməlidirlər. Mən illərdir casusluqla bağlı istintaq aparmışam. İllərdir terroru araşdırdım. Dövlətin prokurorunu belə həbs etmələri cinayətdir. Bu cinayəti törədənlər cəzalarını alacaqlar".
Prokuror Adananın terrorla mübarizə şöbəsinə aparılıb.
avropa.info












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.