Türk şou biznesidə dünən bizimlə ağladı

20-05-2015, 10:45           
Türk şou biznesidə dünən bizimlə ağladı
Türkiyəli tanınmışlar ötən gün Bakıda baş verən yanğında dünyasını dəyişənlərin ailəsinə başsağlığı veriblər.

Axşam.az-ın məlumatına görə, onlar arasında aktyorlar Sinəm Kobal, Burak Özçivit, Fəxriyyə Evcən, Aras Bulud İnəmli və Bərgüzar Korel də yer alıb.

F.Evcən yanğını əks etdirən foto paylaşaraq “Həyatını itirən bütün azərbaycanlı qardaşlarımıza Allahdan rəhmət, geridə qalanlara səbir diləyib, başsağlığı verirəm” sözlərini yazıb.

A.B.İnəmli də şəkil paylaşaraq, başsağlığı verib:

“Bir fəlakət də qardaş ölkədə olub. Vəfat edənlərə Allahdan rəhmət, yaxınlarına səbr diləyirəm”.

S.Kobal isə “Həyatını itirən bütün azərbaycanlı qardaşlarımıza Allahdan rəhmət, yaxınlarına səbr diləyirəm” deyə, yazıb.

Qeyd edək ki, daha əvvəl Sibel Can, Ebru Gündeş, Nur Yerlitaş, Alişan, Çağla Şikəl də başsağlığı vermişdi.
















Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.