Türkiyədə Ərdoğanın mitinq keçirməsinə icazə verilmədi

20-05-2015, 18:08           
Türkiyədə Ərdoğanın mitinq keçirməsinə icazə verilmədi
ürkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanın mayın 29-da Adana şəhərinin baş meydanında mitinq keçirməsinə icazə verilməyib.

APA-nın “Sözcü” qəzetinə istinadən verdiyi məlumata görə, Adana şəhərinin Seyhan rayonunun 1-ci seçki komissiyası Adana valiliyinin prezidentin mitinqi ilə bağlı rəsmi müraciətini rədd edib. Seçki komissiyası qərarını həmin gün Adanada Vətən Partiyasının (Doğu Pərinçək) seçkiqabağı mitinqinin keçiriləcəyi ilə izah edib.

Adana böyükşəhər bələdiyyəsinin Milliyyətçi Hərəkat Partiyasından (MHP) olan sədri Hüseyn Sözlü isə bildirib ki, Konstitusiyaya əsasən prezident tərəfsiz olmalıdır: “Seçki ərəfəsində hörmətli prezidentin Adanaya gəlib mitinq keçirməsi onun tərəfsizliyinə kölgə salar. Seçkidən sonra gəlsə, onu çox isti qarşılayarıq”.

Qeyd edək ki, R. T. Ərdoğan iyunun 7-də keçiriləcək parlament seçkiləri ərəfəsində ölkənin müxtəlif yerlərində açılışlara qatılır və həmin açılışlar mitinqə çevrilir. Müxalifət prezidenti bitərəfliyini itirərək hakim partiyanın lehinə təbliğat aparmaqda ittiham edir.












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.