İmam özünü məsciddə asdı (FOTO)

21-05-2015, 23:57           
İmam özünü məsciddə asdı (FOTO)
Türkiyədə imam borca görə özünü məsciddə asıb.

ANS PRESS-in məlumatına görə, məscid Türkiyənin Niğde şəhərində olub. Yakup Vural adlı imam özünü elektrik naqili ilə asıb. Onu tanıyanlar 3 uşaq atası olan Vuralı çox sevdiyini bildirib.

Hadisəni araşdıran zaman məlum olub ki, 40 yaşlı imamın ailəsində problemlər olub. Üzərində tapılan məktubda "məni anlamadınız" yazan imamın nə səbəbdən intihar etdiyi araşdırılır.

Bəzi mənbələr isə onun borc səbəbindən intihar etdiyini yazır.














Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.