Canlı efirdə qalmaqal: aparıcı öz verilişini tərk etdi - VİDEO

22-05-2015, 11:50           
Canlı efirdə qalmaqal: aparıcı öz verilişini tərk etdi - VİDEO
“TV EM”də yayımlanan “Kim haqlı, kim haqsız” verilişində qalmaqal yaşanıb.

Axşam.az-ın “Hürriyət”ə istinadən məlumatına görə, aparıcılar Ayşə Özgünlə Tuba Əkinçi arasında mübahisə düşüb. Tubanın 3 il əvvəl "Altın Kelebek" mükafatlandırma mərasimində səhnəyə çıxaraq Tarkanla olan dialoqunu xatırlatması Ayşəni əsəbləşdirib. O, T.Əkinçinin məsələni uzatmaqla tərbiyəsizlik etdiyini deyib.

Bu sözdən hirslənən Tuba “Mən ana kimi sevdiyim birinin bu sözlərindən sonra onunla veriliş apara bilmərəm” deyərək proqramı tərk edib.

Xatırladaq ki, "Altın Kelebek"de Tuba səhnəyə çıxaraq hər kəsin gözü önündə Tarkana “Niyə məktəb tikdirmirsən” sualını vermiş, qarşı tərəf isə buna qısa cavab verərək bir daha o cür mərasimlərə qatılmayacağını bildirmişdi.













Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.