Türklər Berlində erməniləri necə pisikdirdi - FOTO

23-05-2015, 10:56           
Türklər Berlində erməniləri necə pisikdirdi - FOTO
Almaniyada yaşayan türklər Berlindəki Türkiyə səfirliyinin binası önündə aksiya keçirməyə çalışan ermənilərə qarşı elə səfirliyin qarşısında bayraqla növbət tutublar.

ANS PRESS-in məlumatına görə, bu, ermənilərin 1915-ci il hadisələri barədə səfirlik binası qarşısında qondarma soyqırımı iddiası ilə keçirəcəyi aksiyaya qarşı proflaktiki addım olub.
Bayraq növbətində “Berlin Türk İcması”, “Almaniya Türk Şurası” və “Atatürkçü Düşüncə Dərnəyi”nin nümayəndələri iştirak ediblər.
“Parlament məhkəmə, siyasətçilər hakim deyildir” yazılmış plakat açan və Türkiyə bayraqları daşıyan qrup, “Soyqırımı etmədik, vətənimizi müdafiə etdik!” – şüarı səsləndiriblər.
Erməni aksiyaçılar Türkiyə səfirliyinin önünə gəldiyi zaman İstiqlal marşını oxuyan türklər həmçinin 1974 – 1984-cü illər arasında ASALA terrorçuları tərəfindən şəhid edilən 31 türk diplomatın şəkillərinin olduğu plakat açıblar.
Səfirliyin qarşısında türkləri görən az sayda erməni isə aksiyanı yarımçıq dayandıraraq dağılışıblar.













Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.