Türkiyədə PKK üzvləri həbs edildi

24-05-2015, 21:55           
Türkiyədə PKK üzvləri həbs edildi
Türkiyədə geniş miqyaslı antiterror əməliyyatı həyata keçirilib.

ANS PRESS-in məlumatına görə, Ağrı vilayətində keçirilmiş antiterror əməliyyatında saxlanılan 19 nəfərdən 14-ü həbs edilib.

Türkiyə mətbuatı yazır ki, zərərsizləşdirilən dəstə terrorçu Kürd Fəhlə Partiyasının (PKK) törəməsi olan YDG-H qruplaşmasına aiddir. Dəstə üzvlərindən xeyli miqdarda silah və sursatın ələ keçirildiyi bildirilir.

Ölkənin Şırnak bölgəsində isə İraq ərazisindən gələn 8 PKK-çı hökumət qüvvələrinə təslim olub.












Teref.info © 2015
E-mail: [email protected]            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.