TÜRKİYƏ CERABLUSDA NƏ AXTARIR? – Beynəlxalq dəstəyin tonu dəyişməyə başlayır

6-09-2016, 21:18           

ABŞ, Türkiyəni və Suriya kürdlərini öz aralarındakı döyüşləri saxlamağa və İŞİD-ə qarşı mübarizəyə səfərbər olmağa çağırıb. Pentaqonun rəsmi nümayəndəsi Piter Kuk bildirib ki, bu qarşıdurma yolverilməzdir. O, həmçinin Türkiyənin tələb etdiyi kimi, YPG-ni Fərat çayının şərqinə tərəf çəkilməyə çağırıb.

Ertəsi gün yenidən Pentaqondan belə bir informasiya yayıldı ki, Türkiyə Suriya kürdləri ilə müvəqqəti atəşkəs haqqında razılığa gəlib. Türkiyənin buna qarşı ”Biz YPG ilə saziş bağlamırıq” sözlərindən sonra, Pentaqondan belə bir bəyanat səsləndi: ”Türkiyə suveren bir dövlətdir və qətiyyən onu YPG ilə eyniləşdirmirik”.

15 iyul dövlət çevrilişinə cəhddən sonra biz Türkiyə cəmiyyəti olaraq, çox həssas olmuşuqmu? ABŞ-ın keçən həftə Türkiyənin ünvanına söylədiyi bəyanatlar çox sərt idi. Keçən günlərdə Rusiyadan da maraqlı açıqlamalar gəldi. Onların bəyanatlarında kürdlər də daxil olmaqla, etnik qruplara qarşı hücum edilməməsi səslənirdi. İran isə əməliyyatın tezliklə başa vurulması mesajını göndərdi.

- Nəyə görə belə oldu?

“Azad Suriya Ordusu” (ASO) İŞİD-in Suriyanın şimal sərhəddindəki son şəhəri olan Cerablusun ələ keçirilməsi üçün Türkiyə ordusu ilə birlikdə əməliyyata başladığı gün elan etmişdi ki, əsəs məqsəd bu şəhərin alınmasıdır. Lakin ASO komandirlərindən ziddiyyətli bəyənatlar gəlirdi. Bəziləri əsas hədəfin Çerablusdan 40 kilometr cənubda yerləşən Menbic, bəziləri isə Cerablusdan 60 kilometr cənub-qərbdə yerləşən Əl-Bab şəhərinin olduğunu söyləyirdilər. Menbic 12 avqustda ABŞ-ın dəstəklədiyi YPG-nin əsas komponentlərindən olan “Demokratik Suriya Gücləri” (DSG) tərəfindən alınıb.

Əl–Bab İŞİD-in Suriyanın şimalındakı axırıncı qalasıdır. Membicin alınmasından sonra DSG Əl-Babı özünün növbəti hədəfi elan edib. Digər tərəfdən isə Türkiyə hələlik müdafiə etdiyi hərbi qrupların məqsdini tam olaraq söyləməyib. Türkiyə Silahlı Qüvvələri və YPG arasındakı münaqişə ona gətirib çıxarıb ki, Türkiyəni dəstəkləyənlərin tonu “Türkiyə mülki əhalini öldürür” ittihamları ilə əvəzlənməyə başlayıb.

- De fakto bufer zona

ABŞ deyir ki, Türkiyə Silahlı Qüvvələrini və onların dəstəklədikləri qrupların Cerablus sərhəddi boyunca irliləyişini müdafiə edəcək. Digər yandan isə YPG-yə təzyiq göstərərək, onları Fərat çayının şərq tərəfinə çəkilməyə çağırır. Cerablusdan qərbdə Əl-Ray (Çobanbey) yerləşir və ASO buranı yaxın zamanlarda ələ keçirib. Çobanbeydən aşağıda isə Əl-Bab şəhəridir. Ələ keçirilən Əl-Ray rayonunda İŞİD–ilə döyüşlər gedir. Gələn xəbərlərə görə ASO burada üstünlüyü tam olaraq, təmin etməyib.

Türkiyənin rəsmi nümayəndələri, regionun İŞİD-dən təmizlənməsindən sonra, burada təhlükəsiz zona yaradaraq, suriyalı qaçqınların yerləşdirilməsi məsələsini qaldırırlar. Bu ərazilər üzərində nəzarətin təmin edilməsi təqdirində Maredən Çerablusa qədər 92-kilometlik təhlükəsizlik zonası yaranacaq.

Əgər beynəlxalq ictimaiyyət bu əraziləri təhlükəsizlik zonası kimi qəbul etsə, onda suriyalı kürdlərin birtərəfli qaydada şərqdə Afrin, qərbdə isə Kobanı-Cizrə adı verdikləri kantonların (əyalətlərin) arasında bufer zonanın yaranması tanınacaq. Beləliklə də Türkiyənin əleyhinə olduğu “kürd zolağı”nın qarşısı nisbətən alınacaq.

- “Fərat qalxanı” əməliyyatı

Lakin artıq aydındır ki, ”Fərat qalxanı” əməliyyatına göstərilən beynəlxalq dəstək sürətlə zəifləyir. Çünki dünya Türkiyədən konkret hədəflər gözləyir. Əgər siz İŞİD-lə mübarizə adı altında ABŞ və Rusiyanın döyüş meydanında özünə tərəfdaş hesab etdiyi YPG ilə münaqişəyə girirsinzsə, onda siz etibarlılıq problemi ilə üzləşəcəksiniz.

İndi “İŞİD-ə nəzarət etmək üçün Türkiyə aktiv olmalıdır” deyənlər, bu dəfə sizi tənqid etməyə başlayır. Ankara, əsl həqiqətdə hansı məqsədi güddüyünü və əməliyyatın hansı anda başa çatdığını özü lazım bildiyi zaman bəyan etməlidir. Bundan başqa, əgər Türkiyənin məqsədi qaçqınlar üçün təhlükəsiz zona yaratmaqdırsa, onda bunun üçün beynəlxalq dəstək və legitim əsas axtarmaq gərəkdir. İlk növbədə isə, hamıdan daha çox qaçqınlar axınından narahat olan Avropa ölkələrinin dəstəyini axtarmaq lazımdır.

(“Hürriyyet” qəzeti – Türkiyə)












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.