İŞİD Suriyada 2 Türkiyə tankını vurdu, 3 hərbçi həlak oldu
7-09-2016, 09:06
Türkiyə ordusunun Suriyanın şimalında apardığı hərbi əməliyyatların 14-cü günündə İŞİD terror qruplaşması iki türk tankını vurub.
Türkiyə silahlı qüvvələrinin Baş qərargahı tankların vurulması nəticəsində 2 hərbçinin həlak olduğunu, 5-nin yaralandığını açıqlamışdı. Son məlumata görə yaralı hərbçilərdən biri xəstəxanada keçinib. Nəticədə həlak olanların sayı 3-ə çatıb. Bu, Türkiyə ordusunun Suriyada itirdiyi sayca 4-cü əsgərdir. Vurulan tankların sayı isə 4-dür. Baş qərargah bildirir ki, bu günkü döyüşlərdə daha iki kənd Azad Suriya Ordusunun nəzarətinə keçib. Suriyada "Fərat Qalxanı" adı altında İŞİD-ə qarşı aparılan hərbi əməliyyatların 14-cü günündə raket zərbələri nəticəsində 2 türk əsgəri ölüb, 5-i yaralanıb.
"Habertürk" xəbər verir ki, bu barədə Türkiyə Baş Qərargahı bəyanat yayıb.
Bəyanatda qeyd olunur ki, ötən sutka ərzində terrorçuların mövqelərinə 15 artilleriya zərbəsi endirilib, 44 hədəf məhv edilib.