Fətullah Gülənə qəzetlə sərin edən oğlan barədə - Araşdırma başladıldı + Video

7-09-2016, 13:06           
Fətullah Gülənə qəzetlə sərin edən oğlan barədə - Araşdırma başladıldı + Video
1990-cı illərin əvvəllərində çəkilən görüntülərdə Fəthullah Gülənə əlindəki qəzet kağızıyla sərin edən və sosial mediada məşhurlaşan gənc təşvişə düşüb.

AzNews.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, videodakı şəxsin Bornova Ağız və Diş Sağlamlığı Mərkəzində diş texniki vəzifəsində çalışan İsa Sönmez olduğu iddia edilib. Haqqında çıxan xəbərlərdən sonra İzmir Terrorla Mübarizə Şöbə Müdirliyinə gedən Sönməz videodakı şəxsin o olmadığını, səhvin düzəldilməsini istəyib: "Mən o adam deyiləm. Səhvin düzəldilməsini istəyirəm. Xəbəri yayanlardan da şikayət edəcəyəm”. Həmin şəxs barəsində araşdırmaya başlanılıb.
[media=https://www.youtube.com/watch?v=Ia7HgbxVAM0]












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.