Türkiyənin Van vilayətində Fətullahçı terror təşkilatı - FETÖ işi ilə bağlı aparılan istintaq prosesi çərçivəsində 2 hakim və 1 prokuror həbs edilib.
"Report" xəbər verir ki, bu barədə "Anadolu" agentliyi məlumat yayıb. Məlumatda bildirilir ki, Van Cümhuriyyət Baş Prokurorluğunda FETÖ işi ilə bağlı təhqiqatı çərçivəsində, habelə Van Van Polis İdarəsinin Qaçaqmalçılıq və Mütəşəkkil Cinayətkarlığa Qarşı Mübarizə Şöbəsi tərəfindən şübhəli şəxs kimi saxlanılan 4 nəfərin işi məhkəməyə göndərilib. Onlardan 3-ü – 2 hakim və 1 prokuror həbs edilib.