Stüardessadan təhlükəsiz UÇUŞ SİRLƏRİ

11-01-2025, 15:18           
Stüardessadan təhlükəsiz UÇUŞ SİRLƏRİ
"Təyyarə havada dairələr cızır və yerə enmirsə, bunda qorxulu heç nə yoxdur - bu, eniş növbəsi səbəbindən baş verir".

Oxu.Az-ın verdiyi məlumata görə, bu barədə "Emirates"də işləyən və "sogdianashok" ləqəbi ilə "Instagram"da öz uçuş təcrübələrini bölüşən stüardessa bildirib.

Stüardessa, həmçinin qeyd edib ki, sərnişinlərin pilot kabinəsinə daxil olması ciddi şəkildə qadağandır. Bu qayda 11 sentyabr 2001-ci il hadisələrindən sonra tətbiq edilib, həmin vaxt terrorçular ABŞ-də dörd təyyarəni ələ keçirmişdilər.

Bundan əlavə, stüardessa izah edib ki, turbulentlik səbəbindən hələ heç bir təyyarə qəzaya uğramayıb, lakin buna görə ölüm halları olub. Buna görə, o, həmişə kəməri bağlamağı tövsiyə edib.

O da vurğulanıb ki, təyyarədə aviaşirkətin məxsus olduğu ölkənin qanunlarına riayət etmək lazımdır.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru