2025-ci ilin ən dəbli idman ayaqqabıları müəyyənləşdi

11-01-2025, 17:44           
2025-ci ilin ən dəbli idman ayaqqabıları müəyyənləşdi
"Vogue" jurnalının fransız versiyasının redaktorları 2025-ci ilin ən dəbli idman ayaqqabılarının adını açıqlayıb.

Oxu.Az xəbər verir ki, bu barədə müvafiq material nəşrin saytında yer alıb.

Söhbət futbol butsları üslubunda yaradılan ayaqqabılardan gedir. Qeyd olunur ki, bir çox məşhur brendlər bu idman növündən ilham almağa başlayıblar və kolleksiyalarında oxşar üslubda ayaqqabıları nümayiş etdiriblər.

Onların arasında "Louis Vuitton Footprint Soccer", "Fenty X Puma Avanti" və "Adidas Samba LT" var. Bundan əlavə, "Nike" şirkəti futbol estetikasına əsaslanan "Total 90" modelinin yenidən buraxılacağını elan edib.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru