Putin geri çəkilmədi – “Müharibəni dayandırmaq üçün şərt budur”
Bu gün, 00:11
Kreml və Qərb ölkələri arasında Rusiya Prezidenti Vladimir Putinin şərtləri əsasında Ukraynada müharibənin dayandırılması ilə bağlı heç bir danışıqlar davamlı sülhün təminatı ola bilməz.
Bu barədə ABŞ-nin Müharibə Araşdırmaları İnstitutunun (ISW) təhlilində deyilir.
Məqalədə qeyd olunur ki, Kreml ABŞ-nin yeni seçilmiş prezidenti Donald Trampla heç bir ilkin şərt olmadan Ukrayna üzrə danışıqlara hazır olduğunu təsdiqləyib, amma özünün dəyişməz qaldığını vurğulayıb.
“Kremlin Qərb liderləri ilə danışıqlara “hazırlığına” baxmayaraq, Putin bu tələblərin tərəfdarı olaraq qaldığı müddətdə heç bir danışıqlar tam və davamlı sülhə gətirib çıxarmayacaq”, – ISW bildirir.
Dünən Tramp Putinlə danışıqlara hazır olduğunu açıqlayıb. Buna Rusiya liderinin sözçüsü Dmitri Peskov belə cavab verib ki, Putin təmaslara açıqdır, amma Kreml onun 2024-cü ilin iyununda bəyan etdiyi mövqeyini saxlayır.
O zaman Putin Ukraynanın denazifikasiya və demilitarizasiyasını, artıq ələ keçirilmiş, eləcə də hələ də Ukraynada olan ərazilərin bir hissəsinin Rusiyaya verilməsi və Zelenski hökumətinin dəyişdirilməsini tələb etmişdi.