Politoloq: "Aİ-nin Ermənistandakı missiyasının uzadılması Rusiya və Azərbaycan əleyhinə addımdır"

11-01-2025, 16:04           
Politoloq: "Aİ-nin Ermənistandakı missiyasının uzadılması Rusiya və Azərbaycan əleyhinə addımdır"
"Aİ-nin Ermənistandakı missiyasının uzadılması həm Rusiya, həm də Azərbaycan əleyhinə addımdır".

Bunu Baku TV-yə müsahibəsində rusiyalı politoloq Yevgeni Mixaylov deyib.

"Avropa İttifaqının Ermənistan-Azərbaycan şərti sərhədində kəşfiyyat missiyasının müddətinin uzadılmasını istəməsi heç də təəccüblü deyil. Xüsusilə də Ermənistanın konkret olaraq Qərbə doğru sürüklənməsi, yenidən silahlanması, qanunvericilik aktlarına ölkənin gələcək Avropa Birliyinə daxil olması barədə dəyişikliklər hazırlaması fonunda kəşfiyyatçıların bölgədə qalmasına heç də təəccüblənmək lazım deyil. Başa düşməliyik ki, bu, həm Rusiya, həm də Azərbaycan əleyhinə bir addımdır. Belə bir vəziyyətdə Azərbaycanla Rusiya bu problemi həll etmək üçün birgə səylər göstərməlidir", - deyə o izah edib.

Politoloq, həmçinin Donald Trampın (ABŞ-nin yeni seçilmiş prezidenti - red.) inaqurasiyasından sonra çox şeyin dəyişəcəyinə əmin olduğunu bildirib.

Daha ətraflı videoda:













Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru