ABŞ-dan “kürd planı” açıqlaması: - Hərbi baza yaradılır?

11-01-2025, 16:49           
 ABŞ-dan “kürd planı” açıqlaması: - Hərbi baza yaradılır?
“Vaşinqton Suriyanın şimalındakı Kobani rayonunda yeni hərbi baza yaratmır və kürd birləşmələri ilə birgə patrul aparmağı da planlaşdırmır”.

Globalinfo.az xəbər verir ki, bunu ABŞ Müdafiə Nazirliyinin rəsmi nümayəndəsi Sabrina Sinqx deyib.

O, həmçinin ABŞ və Fransa hərbçilərinin Suriyanın şimalında yerləşdiriləcəyi ilə bağlı xəbərlərə münasibət bildirib:

“Mən ABŞ, Fransa və kürd qüvvələrinin birgə patrul həyata keçirməsi ilə bağlı məsələdən xəbərdar deyiləm. Bu barədə heç bir məlumatım yoxdur”.

Sinqx ABŞ-ın Suriyadakı qüvvələrinin sayını dəyişməyi planlaşdırmadığını söyləyib.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru