Bakının əsas küçəsində səkilər ZƏBT OLUNDU VİDEO

11-01-2025, 15:44           
Bakının əsas küçəsində səkilər ZƏBT OLUNDU  VİDEO
Bakının Afiyəddin Cəlilov küçəsində səkilər zəbt olunub.

TEREF Baku TV-yə istinadən xəbər verir ki, ərazidə yaşayan sakinlər deyirlər ki, əvvəllər burada ağaclar var idi. Amma indi səki ilə yanaşı, ağaclar da ləğv olunub.

"Səki yoxdur, məcburən maşın yoluna çıxırıq", - narazı sakinlərdən biri söyləyib.

Ərazidə çalışan ustalar isə bildiriblər ki, piyada səkisi yenidən bərpa olunacaq.

Məsələ ilə bağlı Dövlət Şəhərsalma və Arxitektura Komitəsindən bildirilib ki, Bakı Şəhər Memarlıq və Şəhərsalma Baş İdarəsi tərəfindən 10 yanvar 2025-ci il tarixində sözügedən əraziyə baxış keçirilib:

"Ərazidə səkinin zəbt edilərək avtomobil dayanacağına çevrilməsi faktı aşkarlanıb. Parklanma yerinin yaradılması qanunvericiliklə müəyyən edilən qaydada razılaşdırılmayıb. Baş İdarə tərəfindən işlər dayandırılaraq səkinin bərpası və ictimai ərazinin vətəndaşların istifadəsinə qaytarılması ilə əlaqədar aidiyyəti orqanlara müraciət ünvanlanıb, müvafiq göstərişlər verilib".

Ətraflı süjetdə:













Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru