Mosulun girişinə 20 insan başı asdılar - Qorxunc iddia

18-10-2016, 21:13           

İŞİD Mosul sakinlərinə şəhəri tərk etməmək barədə xəbərdarlıq edib. Terrorçular hətta əhalini qorxutmaq məqsədilə şəhərin girişinə 20 ədəd kəsilmiş insan başı asıblar.

Axar.az xəbər verir ki, bu barədə Mosuldan qaçan sakinlər BBC Türkçəyə açıqlamasında deyib.

Mülki şəxlərin ətraf aləmlə əlaqəsini kəsmək üçün mobil telefonlarının da götürüldüyü bildirilib.

“Şəhərdə İŞİD-çilərin sayı kəskin surətdə azalıb. Bəziləri Suriyaya, bəziləri də Mosulun qərbinə qaçdı”, - deyə məlumatda qeyd edilib.

Xatırladaq ki, İraq ordusu ABŞ və koalisiya qüvvələrinin dəstəyi ilə Mosulda irəliləməkdə davam edir.












Teref.info © 2015
E-mail: [email protected]            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.