Türkiyənin İraqda yeni əməliyyata başlamaq ehtimalı ilə bağlı iddia irəli sürülüb.
Axar.az xəbər verir ki, Mosul əməliyyatından sonra Türkiyənin sabitliyini pozacaq hər hansı addım atılsa, ordu bununla bağlı tədbir görəcək.
Məlumata görə, əgər PKK-nın Sincarda yaratdığı qruplaşma Təlafərə, İraqa doğru yönəlsə və İŞİD rəsmi Ankaraya qarşı sərt addım atsa, Türkiyə “Fərat qalxanı”nın bənzəri olan “Dəclə qalxanı” əməliyyatına başlayacaq.