Ərdoğan: "Putin xahiş etdi, aramızda razılaşma oldu"

19-10-2016, 20:56           

Rusiya lideri Vladimir Putinlə Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan arasında Suriya ilə bağlı Hələb razılaşması əldə edilib.

Axar.az xəbər verir ki, bu barədə Ərdoğan özü məlumat verib.

"Putinlə Hələbi müzakirə etdik. Saat 22:00-da orada bombardmanı dayandırdıqlarını bildirdi. Nüsrə Cəbhəsinin oranı tərk etməsi üçün rica etdilər. Dostlarımıza bu məsələdə lazımi təlimatı verdik, bu iş üzərində çalışırlar. Nüsrə Cəbhəsini Hələbdən çıxarmaq və xalqın bu məsələdə rahatlığını təmin etmək istiqamətində aramızda anlaşma əldə etdik", - Ərdoğan qeyd edib.

Qeyd edək ki, ötən gün Putinlə Ərdoğan arasında telefon əlaqəsi baş tutub.












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.