Mosul əməliyyatına İraqdan başqa heç bir ölkə qatıla bilməz.
Axar.az xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında İranın Ali Dini lideri Ayətullah Xameneinin baş müşaviri Əli Əkbər Vilayəti söyləyib.
Onun sözlərinə görə, İran Mosul əməliyyatında birbaşa iştirak etmir:
“Bəzi ölkələr İraq rəhbərliyindən izn almadan bu ölkəyə hərbi qüvvə göndərirlər. Bu məsələ beynəlxalq qaydalara ziddir. Bu ölkələr gələcəkdə İraqdan miras tələb etmək məqsədi ilə belə bir addım atıblar”.