Türkiyə ordusunu İraqa dəvət edən şəxs həbs edildi

20-10-2016, 22:22           
Türkiyə ordusunu İraqa dəvət edən şəxs həbs edildi
İraqın Mosul vilayətinin keçmiş valisi Esil Nuceyfi haqqında həbs qərarı çıxarılıb. Lent.az Türkiyə mediasına istinadən xəbər verir ki, E.Nuceyfinin Türkiyə ilə yaxşı münasibətlərinə və türk ordusunun Mosula dəvəti ilə bağlı tutulduğu bildirilir. Onunla yanaşı qardaşı Usama el Nuceyfi də həbs edilib.

Türkiyə ordusunu İraqa dəvət edən şəxs həbs edildi

Qeyd edək ki, E.Nuceyfi Türkiyənin Mosul yaxınlığında Başika hərbi bazasını yaratmasında əsas rol oynamışdı. Keçmiş vali vəzifədən kənarlaşdırıldıqdan sonra Başikada yetişdirilən hərbçilərdən formalaşmış qüvvələrə rəhbərlik edirdi.












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.