Türkiyədəki seçkilərə qarşı xain planlar

3-06-2015, 13:11           
Türkiyədəki seçkilərə qarşı xain planlar
Türkiyənin Şanlıurfa bölgəsinin Suriya sərhədində yerləşən kəndlərdə yaşayan ərəb və türkmən kəndlərinin əhalisi PYD terror təşkilatı və ABŞ koalisiya güclərinin birgə təhriki ilə qaçqınlığa məcbur edilir.

Avropa.info xəbər verir ki, təxminən 1700 nəfər Türkiyə sərhədində çadır qurub yaşayır. Yerli mənbələr regionun demoqrafik tərkibinin dəyişdirilməsi ilə bağlı əməliyyatın aparıldığını deyir.

“Yəni Şəfəq” qəzetinin müxbiri Cihat Arpacıkın verdiyi informasiyaya görə, ABŞ təyyarələri 3 gündür Suriyanın Haseki və Rusalayn qəsəbələri ətrafındakı kəndləri bombalayır. Hədəf ərəb və türkmənləri qaçqın salıb PYD-ə meydan vermək, seçki ərəfəsində Türkiyəni qaçqın dalğası ilə vuraraq ölkədaxili vəziyyəti gərginləşdirməkdir.

İŞİD-in Suriya müxalifətinə hücumlarını fürsət kimi görən PYD Suriyanın demoqrafik tərkibini dəyişdirmək üçün hərəkətə keçib. Sərhədə yaxın kəndlərdəki ərəb və türkmənləri qaçqın olmağa məcbur edən PYD-nin silahlı qanadı YPG-nin fəaliyyəti və ABŞ bombardmanları nəticəsində 10 min nəfər evlərini tərk edib.

Kürdlərin İŞİD ilə apardığı müharibə nəticəsində YPG 800 yaşayış məntəqəsini ələ keçirmişdi. YPG-nin ələ keçirdiyi ərazilərdə yaşayan adamlarla yerli xalq arasında tez-tez münaqişələr olurdu.

ABŞ aviasiyası isə dinc kəndləri vurmaqda davam edir. 30-31 may tarixlərində Türkiyə sərhədinə yaxın İsa Abdul, Zeydi, Rucun, Arva, Haveyna, Mesri kəndlərini bombalayıb. Kəndlərdə yaşayan bir çox dinc sakinin öldüyü bildirilir. Bombardmandan qaçana 1700 kəndlini PKK-PYD terror təşkilatları Türkiyə sərhədinə tərəf getməyə məcbur etdi. Türkiyə tərəfdə yerləşən sərhəd xəttinin tikanlı məftillərlə bağlı olması və minalanması ucbatından qaçqınlar Suriya ilə sərhəd ərazidə çadır quraraq, kömək gözləyirlər.

PYD-nin eyni metoddan Hələb ətrafında da istifadə etməsi gözlənilir. Azez şəhərində gedən döyüşlər İŞİD-in qələbəsi ilə nəticələnərsə, PYD ərəb kəndlərini boşaltmağa başlayacaq. Daha 100 min qaçqının Türkiyə sərhədini keçəcəyi gözlənilir. Koalisiya qüvvələrinin apardığı etnik təmizləmə nəticəsində PYD-nin əhalisi boşalmış ərazilərə kimləri gətirib yerləşdirəcəyi də bir başqa mövzudur.

Koalisiya qüvvələrinin bu səhər tezdən ərəb və türkmən kəndlərini bombalayıb. Qaçqınların Suriya sərhədini keçməsinə icazə verilmədiyindən əhali dünyadan yardım istəyir.












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.