Avropa Birliyinə (AB) üzv olan 28 dövlətin liderləri Brüsseldə keçirilən sammitdə Aİ və Türkiyə arasında yaxın bir neçə həftə ərzində viza rejiminin ləğvi mexanizminin müəyyənləşdirilməsini dəstəkləyib.
Axar.az xəbər verir ki, bu barədə AB sammitinin yekunlarına dair bəyanatda qeyd olunub.
Qeyd edək ki, martda AB və Türkiyə arasında “Balkan marşrutu” üzrə ittifaqa Yaxın və Orta Şərq ölkələrindən qeyri-leqal miqrasiyaya son qoyulmasını nəzərdə tutan miqrasiya sazişi imzalanıb. Plana əsasən, Türkiyə qeyri-qanuni miqrantları öz ərazisində saxlamalı, AB-yə keçən qeyri-leqal miqrantları ölkəyə qaytararaq, onların əvəzində AB-yə leqal qaydada suriyalı qaçqınları göndərməlidir.
Bu razılaşmalar çərçivəsində Türkiyə vətəndaşları üçün viza rejiminin ləğvi də nəzərdə tutulub. Lakin AB sonradan Türkiyə ilə viza rejiminin ləğv etdirilməsi üçün Ankaraya terrorizmlə mübarizə ilə bağlı qanunvericiliyin dəyişdirilməsi tələbini irəli sürüb.