Almaniya Türkiyənin 35 diplomatının siyasi sığınacaq istədiyini açıqlayıb

22-10-2016, 12:48           
Almaniya Türkiyənin 35 diplomatının siyasi sığınacaq istədiyini açıqlayıb
Türkiyədə Fətullahçı Terror Təşkilatının (FETÖ) 15 iyul uğursuz dövlət çevrilişi cəhdindən sonra Almaniyadan siyasi sığınacaq istəyən türk diplomatların sayı açıqlanıb.
"Report" NTV-yə istinadən xəbər verir ki, bu barədə Almaniya Daxili İşlər Nazirliyinin müşaviri Günter Krings Yaşıllar Partiyasında millət vəkili seçilmiş Özcan Mutlunun sorğusuna cavab olaraq bildirib.
Onun sözlərinə görə, Türkiyənin 35 diplomatı və onların ailə üzvləri siyasi sığınacaq almaq üçün Almaniya Federal Qaçqın və Köçkünlər Dairəsinə (BAMF) müraciət edib. Onların tələbləri federal məhkəmələr və prokurorluq tərəfindən ayrı-ayrılıqda dəqiqliklə araşdırılır, məhkəmələr Almaniya və Türkiyənin də qoşulduğu Ekstradisiya haqqında Avropa Konvensiyası əsasında qərar verəcək.
Qeyd edək ki, Almaniya KİV-ləri iki həftə əvvəl Türkiyənin bu ölkədəki 8 diplomatının FETÖ ilə əlaqəsi olması səbəbindən diplomatik pasportlarının ləğv edildiyi və onlardan 3 nəfərinin də hökumətə sığınacaq üçün müraciət etdiyini yazmışdı.












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.