Türkiyə Silahlı Qüvvələrinin ağır artilleriyası Hatay vilayətindən Suriya ərazisinə daxil olub. Bölgədəki YPG silahlıları Əl Bab bölgəsinə doğru irəliləsə, türk ordusu quru əməliyyatlarına başlayacaq.
Axar.az xəbər verir ki, bu məqsədlə Türkiyə ordusunun 9 tankı artıq Suriya ərazsinə daxil olaraq döyüşə hazır vəziyyətə gətirilib.
YPG-nin Əl Baba mümkün hücumunu dəf etmək üçün Azad Suriya Ordusu (ASO) da hazırlıqlara başlayıb. Əməliyyatlar başlasa, həm ASO, həm də türk tankları Afrinə doğru cənubdan zərbə vuracaq.
Xatırladaq ki, bir neçə gün öncə Türkiyə döyüş təyyarələri Suriyanın Hələb şəhərinin Hoşi bölgəsində YPG mövqelərinə hava zərbələri endirib. Nəticədə 200 yaraqlı məhv edilib.