PKK-ya ağır zərbə: Şimali İraqla əlaqə kəsildi 23-10-2016, 12:14 Türkiyə Silahlı Qüvvələrinə məxsus qırıcılar Suriyada YPG-yə aid 70 hədəfə hava zərbələri endirib. Axar.az xəbər verir ki, bu barədə Türkiyə Baş Qərargahı məlumat yayıb. Terror qruplaşmasının bu hava hücumundan sonra manevr qabiliyyətini itirdiyi bildirilib. PKK mövqelərinə təşkil edilən əməliyyatlarda isə Hakkari, Van və Ağrıdakı terrorçuların Şimali İraqın Qəndil bölgəsi ilə əlaqəsi tamamilə kəsilib. Qeyd edək ki, hava hücumdan sonra xeyli silah-sursat da ələ keçirilib. Facebook-da paylaş