Türkiyə Rusiyanın kəşfiyyat sektoruna qoşuldu

25-10-2016, 00:32           
Türkiyə Rusiyanın kəşfiyyat sektoruna qoşuldu
Rəsmi Ankara Rusiya, Suriya, İraq və İranın da yer aldığı kəşfiyyat sektoruna qoşulub.

Axar.az xəbər verir ki, bunu Rusiya Rusiya Dövlət Dumasının Müdafiə və Təhlükəsizlik Komitəsinin rəhbər müavini Franz Klintseviç deyib.

“Maraq doğuran gizli danışıqları, radarlardan əldə edilən informasiyaları və təsviri kəşfiyyat məlumatlarını türklərə ötürürük. Qarşılığında onlar da bizimlə lazımi xəbərləri bölüşür. Türklərin xüsusi xidmətləri orqanlarının və kəşfiyyat şəbəkəsinin Suriyada ciddi təsiri var”, - Klintseviç bildirib.

Rusiya rəsmisi 15 iyul hadisələrindən sonra iki ölkə arasında əlaqələrin gücləndiyini vurğulayıb:

“Türkiyə bir NATO ölkəsi olsa da, Ankara qiyam cəhdinin arxasında bəzi Qərb dövlətlərinin ola biləcəyindən narahat idi. Türkiyə hökuməti Rusiya ilə razılığa gələcəyini anladı”.

Qeyd edək ki, ötən həftə Türkiyə lideri Rəcəb Tayyib Ərdoğanla rusiyalı həmkarı Vladimir Putin arasında telefon danışığı tutmuşdu.

Əlaqə zamanı əldə olunan razılıqdan sonra Rusiya Türkiyəyə Hələbin şimalında əməliyyat keçirməsi üçün kəşfiyyat məlumatları verməyə başlayıb.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru