İranlı nazirdən Ərdoğana xitab:"Ərəbistan sizi arxadan bıçaqladı"
26-10-2016, 00:32
İranlı general Muhsin Rezai "Instagram" səhifəsində Türkiyə prezidenti Ərdoğana xitabən yazı yerləşdirib.
Strateq.az xəbər verir ki, Rezai yazısında bu ifadələrə yer verib:
"Hörmətli Ərdoğan, yeni bir Kərbəlanın təkrarlanmasını istəmədiyinizi söylədiniz. Ancaq IŞİD-in İraq və Suriyada və Ərəbistanının Yəməndə etdikləri Kərbəla hadisəsinin təkrarı deyilmi?".
İranlı general Ərdoğana xitabən daha sonra belə yazıb:
"Siz günahsız insanların qətliamının qarşısını almaq üçün heç bir şey etmədiyiniz kimi, Ərəbistan və İsrailin bic övladı İŞİD ilə əməkdaşlıq etdiniz. İŞİD-çilərin əlləri İstanbulda törədilən patlayışlarda günahsız insanların qanına bulandığı kimi, Ərəbistan da son hərbi çevriliş cəhdində sizi arxadan bıçaqladı".