PKK-ya ağır zərbə — 3 vacib terrorçu öldürüldü (FOTO)

26-10-2016, 22:48           

Türkiyənin Tunceli vilayətində PKK terrorçularına qarşı aparılan əməliyyat nəticəsində qruplaşmanın bölgədəki önəmli şəxsləri qətlə yetirilib.

"Ozan" kod adlı Sedat İncesu, "Ferhat Zagros" kod adlı Hüseyin Ertürk və "Roza Dersim" kod adlı Dilek Günenç öldürülüb.

PKK-nın "Dersim əyalət komandanlığı" adlandırdığı Tunceli, Erzincan, Sivas və Qara dəniz bölgəsinin ikinci şəxsi "Ozan" kod adlı Sedat İncesu Ovacılıq rayonunda Jandarma idarəsinə edilən basqın zamanı öldürülüb.

Bundan başqa Kutuderesi ərazisində həyata keçirilən əməliyyatda öldürülənlərdən birinin Ferhat Zagros kod adlı Hüseyin Ertürk olduğu üzə çıxdı.

Əməliyyatlar davam edir./olke.az













Teref.info © 2015
E-mail: [email protected]            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.