Ermənilərin Türkiyə parlamentində ilk `qələbəsi`

3-07-2015, 15:19           
Ermənilərin Türkiyə parlamentində ilk `qələbəsi`
Türkiyədə Xalqların Demokratik Partiyasından (HDP) deputat seçilin Qaro Paylan ölkədə yaşayan ermənilər üçün ən vacib məsələlərdən birini həll edib.

AzVision.az erməni KİV-nə istinadən xəbər verir ki, parlament sessiyasının açılışı zamanı erməni deputat ölkənin təhsil naziri Nəbi Avcı ilə görüşüb və milli azlıqların övladlarının etnik kodlaşdırılma olmadan məktəbə qəbul olunması məsələsini qaldırıb.

Qaro Paylan nazirə bildirib ki, bunun üçün yeni qanun layihəsinə ehtiyac yoxdur, sadəcə qərar qəbul edilməlidir. Bu görüşdən sonra Türkiyə təhsil naziri müvafiq qərar qəbul edib. Belə ki, yeni qərara əsasən milli azlıqların uşaqları milli azlıqlara məxsus məktəblərə yalnız direktora müraciət etməklə qəbul olunacaq.

İki il əvvəl məlum olub ki, Türkiyə Respublikası yaranandan bəri ermənilərin xüsusi kodu var. Belə ki, İstanbulda erməni ailəsinə qaytarılan uşağı erməni məktəbinə qəbul etməyiblər. Rəsmilər bunu belə əsaslandırıblar ki, ermənilər 2 kodu daşımalıdırlar. Lakin həmin uşaqda müvafiq kod olmayıb.

Kürdlərin vasitəsilə Türkiyə parlamentinə daxil olmağı bacaran erməni deputatların gələcəkdə qondarma `erməni soyqırım` məsələsi ilə bağlı qanun layihəsini də gündəmə gətirəcəkləri istisna edilmir.












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.