AKP hökumətin qurulması istiqamətində bütün təklifləri masaya yatıracağını bildirərək partiyalara “hər şeyə hazır olun” mesajını verib.
Axar.az xəbər verir ki, bu barədə “Yeni Şəfəq” qəzeti məlumat yayıb.
Davudoğlunun ilk turda hər üç partiya ilə görüşə müəyyən şərtlərlə gedəcəyi və siyasətin üstündə olan məsələlərlə bağlı bazarlığa yol verilməyəcəyi bildirilir. Əsasən yeni konstitusiya, kürd məsələsi, camaatla mübarizə və iqtisadi məsələlər ön planda olacaq.
Qeyd edək ki, məclisin bu həftəki gündəliyində iki əsas məsələ yer alır: katiblik divanına üzvlərin sayı və vəzifələrin bölüşdürülməsi.