Türkiyənin Xalqların Demokratik Partiyası (HDP) Mardin şəhərinin Nusaybin rayonunda əsgərlərin Suriya ilə sərhəddə qazdığı xəndəyə etiraz edib. Axar.az xəbər verir ki, partiyanın Mardin millət vəkili Enis Güneyli qazıntı işlərinin dayandırılmasını istəyib. O, kürdcə çıxışında Nusaybin ilə Qamışlı (Suriyanın Türkiyə ilə sərhəd şəhəri) arasında xəndək qazılmasını qəbul etməyəcəklərini bildirib: “Vətənimiz dörd parçadır. Əgər bir parçası yoxdursa, digərləri də yoxdur. Biz sərhədlərin qalxmasını istəyirik, lakin iqtidar sərhədlərin arasını dərinləşdirməyə çalışır. Sülh məsələsində təkid edirik. Kürdüstanın ürəyi təkdir və bizimlə birlikdə döyünür. Heç kəs buna mane ola bilməyəcək”.