ABŞ-ın dəstək verdiyi silahlılar Raqqanı mühasirəyə aldı –Türkiyədən sərt xəbərdarlıq
5-06-2017, 08:34
ABŞ-ın silah və digər texniki dəstək verdiyi PKK-nın Suriya qolu olan YPG/PYD daxil silahlı qruplaşmalar İŞİD-in payataxtı sayılan Raqqaya üç istiqamtdən hücuma keçib.
Strateq.az Türkiyə mediasına istinadən xəbər verir ki, hücum iyunun 2-dən 3-nə keçən gecə başlanıb.
Məlumatda bildirilir ki, ABŞ-ən havadan bombaladığı terrorçuları 3 tərəfdən mühasirəyə alan silahlı qüvvələr Raqqanın mərkəzinə doğru 3 km irəliləyə biliblər: "Hazırda əməliyyat davam edir".
Bu barədə xəbəri Türkiyənin baş naziri Binəli Yıldırım təsdiqləyib.
O bildirib ki, ABŞ bu hücum haqda Türkiyəni iyunun 2-də məlumatlandırıb: "Biz bu əməliyyatı yaxından təqdib edirik. ABŞ-ın bizə verdiyi söz var. Ümid edirik əməliyyatdan dərhal sonra YPG-yə verilmiş silahlar geri alınacaq. Eyni zamanda, bir daha bəyan edirik, Türkiyənin mənafeyinə hər hansı bir təhdid və ya təhlükə yaranarsa, düşünmədən, kimsəylə məsləhətləşmədən gərəkli cavabı verərik".
Bəzi iddialara görə, şəhərdə kifayət qədər ağır silahlarla təmin edilmiş 10 mindən çox İŞİD terrorçusu var.