Ərdoğan yaralı əsgərə telefon hədiyyə etdi

4-08-2017, 10:19           
Ərdoğan yaralı əsgərə telefon hədiyyə etdi
Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Hakkarinin Şəmdinli rayonunda terrorçuların hücumu zamanı güllə yarası alan və mobil telefonuna görə möcüzəli şəkildə sağ qalan hərbçi Kazım Qaraya yeni telefon hədiyyə edilməsi haqda təlimat verib.

Axar.az xəbər verir ki, bu barədə Hakkari valisi Cüneyt Orxan Torpaq məlumat yayıb.

O, Ərdoğanın adından həmin telefonu hərbçiyə verməkdən şərəf duyduğunu bildirib:

“Terror hücumu zamanı terrorçunun atdığı güllə hərbçimizin cibindəki mobil telefona dəyib. Bu yolla da hərbçimiz sağ qalıb, elə də ciddi yara almayıb. Hörmətli prezident hadisə haqda məlumat aldıqdan sonra həmin hərbçimizə yeni mobil telefon hədiyyə edilməsi haqda təlimat verdi”.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru