İstanbul milyard avro itirdi: Bakı qazandı

4-08-2017, 14:14           
İstanbul milyard avro itirdi: Bakı qazandı
Türkiyənin İstanbul şəhərindəki hotellərin gəlirləri milyard avroya qədər azalıb. 2015-ci ilin müvafiq dövrü ilə müqayisədə bu hotellərə gələnlərin sayı xeyli azdır.

Cebhe.info xəbər verir ki, hotellərin bir nömrəsindəki gəlir 29,4 avrodan 32,7 avroya qədər düşüb. Həmçinin nömrələrin qiymətində də ucuzlaşma qeydə alınıb. Bu ilin birinci yarımilində orta tarif 71,1 avto olub. Halbuki ötən ilin müvafiq dövründə bu rəqəm 86 avrodan da yüksək olub.

İstanbula turist axının azaldığı da bildirilir. Yanvar-iyun aylarında bu şəhərə 4,4 milyon əcnəbi turist gəlib ki, bu da 2016-cı ilin müvafiq dövrü ilə müqayisədə 1,3 faiz azdır. Turist axınına mane olan səbəblər arasında təhlükəsizliyə risk əsas yer tutur. Türkiyə Hotellər Asossiasiyasının prezidenti Timur Bayındır bildirib ki, 2017-ci ilin ilk günü İstanbulda gecə klubuna terror belə faktorlardan biri olub. Xatırladaq ki, “Reina” gecə klubunda 39 nəfər güllələnib.

Qeyd edək ki, İstanbula gedən turistlər arasında əsasən ərəb və rus turistləri üstünlük təşkil edirdi ki, son 2 ildə onlar əsasən Azərbaycan və Gürcüstana üz tuturlar. İstanbul hotellərinin müştərilərinin azalmasının bir səbəbi də bununla əlaqələndirilir.












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.