Branson Türkiyədə 20 il bu işi görüb - Şənər

27-07-2018, 01:40           
Branson Türkiyədə 20 il bu işi görüb - Şənər
Amerikalı keşiş Endryu Branson kürdləri xristianlaşdırmaq istəyirdi.

Axar.az xəbər verir ki, bunu Türkiyənin "Posta" qəzetinin yazarı Nədim Şənər bildirib.

"Bransonla bağlı 51 səhifəlik bir ittihamnamə var. Bu keşişin bir görünən üzü var. Kürdlərlə bağlı o səhifədə bir maddə var. Türkiyənin cənub-şərqindəki kürdləri xristianlaşdırmaq niyyətində olub. Bunun üçün 20 ildən bəri Türkiyədədir. Ortaya çıxan faktlar var", - Şənər söyləyib.

Qeyd edək ki, ötən gün Tramp E.Bransonun sərbəst buraxılması üçün Türkiyəni sanksiya ilə hədələyib.












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.